Layihə yazılmasında təcrübəli və uğurlu heyətinə baxmayaraq, “Yeni Yol” İctimai Birliyinin layihə layihənin icrası və planlaşdırma fəaliyyətinində bəzi zəiflikləri, komanda arasında zəif ünsiyyət və iyerarxiya kimi problemlərin olması çevik layihələrin idarə edilməsi funksionallığı ilə bağlı problemlər yaradırdı.
Jafar&Co şirkətinin konsultant komandası müştərilərin cari layihə idarəetmə təcrübələrinin hərtərəfli təhlilini apardı və daha sonra aydın məqsəd və vəzifələri özündə əks etdirən təlimat hazırladı. Sonra biz onlara lazımi resursları müəyyənləşdirməyə və hər kəsin məqsəd və vəzifələrə uyğun fəaiyyət göstərməsini təmin etməyə kömək etdik, komanda iyerarxiyasını rol və məsuliyyətlərlə, komanda üzvləri arasında effektiv ünsiyyət və əməkdaşlıq strategiyaları ilə yenilədik. Bundan əlavə, biz onlara doğru metodologiyanın seçilməsi, layihənin fəaliyyət dövrünün müəyyənləşdirilməsi, lazımi sənədlərin yaradılması və tapşırıqları idarə etmək, irəliləyişləri izləmək üçün tələb olunan ixtisaslaşdırılmış alətlər dəstinin yaradılması daxil olmaqla, layihənin idarə edilməsi prosesinə rəhbərlik edəcək çevik çərçivənin yaradılmasında dəstək verdik.
Layihə monitorinqindən sonra aydın şəkildə müəyyən edilmiş məqsədlər, vəzifələr və yaxşı strukturlaşdırılmış komanda iyerarxiyası QHT-nin layihələri daha səmərəli və effektiv həyata keçirməsinə səbəb oldu. Daha strukturlaşdırılmış və səmərəli layihə idarəetmə planı ilə təşkilatın layihə komandası daha yaxşı layihə nəticələrini təqdim etməyə başladı. QHT-nin layihələrini büdcə daxilində və vaxtında başa çatdırmaq qabiliyyəti daha keyfiyyətli və resurs bölgüsü ilə artırıldı.



