Ağıllı Biznes HəlləriRəqəmsal və texnoloji
Konsaltinq

https://jafargroup.az/wp-content/uploads/2020/05/img-slider-03.jpg
https://jafargroup.az/wp-content/uploads/2020/04/bgn-slider-blue-corner-left.png
bt_bb_section_bottom_section_coverage_image

Rəqəmsal və texnoloji
Konsaltinq
Xidmətlər

Jafar & Co. ən son qabaqcıl texnologiyadan istifadə edərək və rəqəmsal dövrdə təşkilatlarda inkişaf etmək üçün tələb olunan imkanları bir araya gətirərək, müştərilərə heyrətamiz dəyişikliklər və transformasiyalarla dəstək verir.

Biz müştərilərimizə datanın gücünü hiss etmək, texnologiyalarını inkişaf etdirmək və ya yenilərini əldə etmək, əməliyyatları optimallaşdırmaq və avtomatlaşdırmaq, rəqəmsal inkişafı artırmaq və rəqəmsal sistemlər qurmaqda kömək edirik. Data və analitika məsləhəti xidmətlərimiz bizneslərə öz məlumatlarını strateji aktivlərə çevirməkdə kömək etmək, onlara daha yaxşı qərarlar qəbul etmək, əməliyyatlarını optimallaşdırmaq və biznes məqsədlərinə nail olmaq üçün nəzərdə tutulub.

Rəqəmsal baxışınızı reallığa çevirmək üçün bizim multidissiplinar təcrübəmizi datalar, alətlər, texnika və imkanlarla birləşdirən zəngin təcrübəmiz var.

Rəqəmsal strategiyanın inkişafı

Texnologiya inkişaf etməyə davam etdikcə müəssisələr üçün möhkəm rəqəmsal strategiyanın olması öz vacibliyini daha da artırır. Jafar&Co. müştərilərinə öz biznes məqsədlərinə çatmaq məqsədilə rəqəmsal texnologiyalardan istifadə etmək üçün yol xəritəsini inkişaf etdirməyə kömək etməək bir sıra xidmətlər təklif edir.

Mütəxəssislərdən ibarət komandamız imkanlar və problemləri müəyyən etmək, rəqəmsal strategiya hədəflərini təyin etmək və icra prosesi və nəticələrin ölçülməsi aydın olan texnologiya yol xəritəsini hazırlamaq üçün şirkətlərlə sıx əməkdaşlıq edir.

Həm startup və həm də oturuşmuş bizneslərdən olan texnologiyanın tətbiqi və optimizasiyası, əməliyyatların avtomatlaşdırılması və rəqəmsal inkişafın stimullaşdırılması kimi təcrübələrimiz bizə rəqəmsal strategiyanın qurulması prosesinə unikal prizmadan baxmağa və müştərilərə öz rəqəmsal inkişaf məqsədlərinə çatmağa kömək etməyə imkan verir.

Texnologiyanın tətbiqi

Rəqəmsal texnologiyadan istifadə bugünkü rəqəmsal əsrdə öz sahəsində lider olmağa çalışan şirkətlər üçün çox vacibdir.
Bu baxımdan firmamız rəqəmsal texnologiyanın tətbiqi istiqamətində geniş əhatəli strategiyanı qəbul edir. Biz müştərilərimizlə onların unikal ehtiyaclarını və istəklərini dərk etmək üçün əməkdaşlıq edirik və sonra həmin məqsədlərə nail olacaq müvafiq texnoloji həllər təqdim etmək üçün plan hazırlayırıq. Mütəxəssislərimiz ən son texnologiyalar və tendensiyalar haqqında hərtərəfli anlayışa malikdirlər və hər bir layihənin uğurunu təmin etməyə çalışırlar.

Biz sadəcə təkmilləşdirilməli sahələri müəyyən etmirik həm də effektiv layihə idarəçiliyi və treninqlər vasitəsilə uzun müddət öz təsirini göstərəcək xidmət təklif edirik. Biz layihənin idarə edilməsi, təlim və davamlı dəstəyin həyata keçirilməsinin uzunmüddətli perspektivdə uğurlu və davamlı olmasına zəmanət veririk. Bundan əlavə, biz həyata keçirmənin uğurunu və investisiya üzrə gəlirii qiymətləndirmək və nəticəni optimallaşdırmaq məqsədiləlazımi düzəlişləri etmək üçün icradan sonrakı qiymətləndirmələr aparırıq.

Rəqəmsal proseslərin optimallaşdırılması

Rəqəmsal proseslərin optimallaşdırılması əməliyyatlarını təkmilləşdirmək və cari texnologiya erasında rəqabətədavamlı qalmaq istəyən müəssisələr üçün vacibdir.

Jafar&Co. rəqəmsal prosesin optimallaşdırılmasına kompleks yanaşma təklif edir, məlumatların təhlili və hər bir müştəri üçün həllərin uyğunlaşdırılması məqsədilə hər sanaye üçün ona uyğun təcrübədən istifadə edir və müştərilərlə təkmilləşdirilməli sahələri müəyyən etmək və prosesləri sadələşdirəcək və səmərəliliyi artıracaq plan hazırlamaq üçün müştərilərlə birbaşa qarşılıqlı rəylər əsasında işləyir.

Biz sadəcə təkmilləşdirilməli sahələri müəyyən etmirik həm də effektiv layihə idarəçiliyi və treninqlər vasitəsilə uzun müddət öz təsirini göstərəcək xidmət təklif edirik. Mütəxəssis komandamız ən son texnologiyalar və tendensiyaları hərtərəfli başa düşür və hər bir layihənin uğurunu təmin etmək üçün bütün potenisalını ortaya qoyur. Əlavə olaraq, tətbiq olunan təkmilləşdirmələrin uzunmüddətli perspektivdə davamlı olmasını təmin etmək üçün komandamız tərəfindən davamlı dəstək göstərilir.

Data analitikası

Dataya əsaslanan qərarlar qəbul edən təşkilatların qəbul etməyənlərə nisbətən daha yaxşı fəaliyyət göstərməsi sübut edilmişdir. Bununla belə, bir çox şirkət data əsaslı qərarlar qəbul etmək üçün verilənlərdən istifadədə çətinlik çəkir.

“Jafar&Co.”da biz bir sıra data və analitik xidmətləri təqdim etməklə təşkilatlara məlumatlarının dəyərini analamağa kömək edirik. Təcrübəli məsləhətçilərdən ibarət komandamız məlumatların idarə edilməsi, analitika və vizuallaşdırma sahəsində dərin biliyə malikdir və müştərilərə məlumatları hərəkətə çevirə bilən ideyalar təklif edirlər. Şirkətimiz strateji tövsiyələri dəstəkləmək üçün dəqiq və müvafiq məlumatlardan istifadə etməyin vacibliyini vurğulayır.

Biz şirkətlərin biznes məqsəqdlərinə uyğun olan, lazım olan məlumatn mənbələrini müəyyən edən və biznesin ölçüsü göstərən data arxitekturasına malik əhatəli data strategiyası yaratmaq üçün şirkətlərə xidmətlər təklif edirik.

Biz məlumatların keyfiyyətini, təhlükəsizliyini və əlçatanlığını, o cümlədən məlumatların inteqrasiyası, təmizlənməsi, saxlanması və idarə edilməsini təmin etmək üçün sinifində ən yaxşı alətlər və proseslərdən istifadə edərək, məlumatlarınızı effektiv şəkildə idarə etməyə kömək edirik.

Verilənlər bazası hazır olduqda, biz sizə qabaqcıl analitika və vizuallaşdırma alətlərindən istifadə edərək məlumatları anlamağa kömək edirik. Biz biznesinizin performansına dair böyüməyə təkan verə biləcək tendensiyaları və imkanları müəyyən etməyə kömək edən real zamanlı tablolar və hesabatlar hazırlamaq üçün sizinlə işləyirik.

Bizim məlumat və analitik xidmətimiz təşkilatlara məlumatlarının gücünü açmaqda kömək etmək və onu böyüməyə və rəqabət üstünlüyünə təkan verə biləcək hərəkətə keçə bilən anlayışlara çevirmək üçün nəzərdə tutulub.

Consistency

Podcasting operational change management inside of workflow.

Improvement

Dynamically innovate customer service for state of the art customer.

Branching

Pursue scalable customer service through sustainable potentialities.

Investment Plan

Appropriately empower dynamic leadership skills after business portals.
bp
bakumetro
origami
gənclərfondu
usaid
azerenerji
fam
petek
ps
damla
abad
ad
bmg
ol
yeniyol
pb
legalize
ekvita
yigim
ateshgah
Jafar & Company
Əlaqələr
Ofisimizə baş çəkə və ya istədiyiniz vaxt bizə e-poçt göndərə bilərsiniz. Biz köhnə və ya yeni fərqi olmadan müştərilərin bütün təkliflərinə açığıq.
Ofisimiz
Bizi necə tapmaq olar?
https://jafargroup.az/wp-content/uploads/2022/12/img-footer-map-1.png
Bizi izləyin
Sosial media linkləri
Jafar & Company
Əlaqələr
Ofisimizə baş çəkə və ya istədiyiniz vaxt bizə e-poçt göndərə bilərsiniz. Biz köhnə və ya yeni fərqi olmadan müştərilərin bütün təkliflərinə açığıq.
Ofisimiz
Bizi necə tapmaq olar?
https://jafargroup.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bizi izləyin
Sosial media linkləri

© Jafar & Company Group – 2023 | Bütün hüquqlar qorunur

© Jafar & Company Group – 2022 | All rights reserved.