Ölkənin aparıcı çatdırılma və logistika şirkətlərindən biri üçün təşkilati maliyyə funksiyasının layihələndirilməsi layihəsi.
Müşahidələrin işlənməsi və tələb olunan məlumatların toplanmasından sonra ekspertlərimiz müştərinin maliyyə yetkinlik səviyyəsinin cari vəziyyətini qiymətləndirmiş və boşluq təhlili aparmışdır. Mövcud maliyyə ilə bağlı əsas proseslərdə boşluqlar və təkmilləşdirmə sahələri müəyyən edildikdən sonra əldə edilən nəticələrə əsasən, maliyyə funksiyası üçün gələcək inkişaf planı tərtib edilmiş və prosedurlar inqteqrasiya olunmuş, hesablar planı və baş kitab hesablarının unikal siyahısı işlənib hazırlanmış, uçot siyasəti hazırlanmışdır. Eyni zamanda vergi təlimatı və maliyyə əməliyyatlarını və avtomatlaşdırmanı təkmilləşdirmək üçün daxili proqram təminatına fərdi tövsiyələr verilmişdir.
İnteqrasiya edilmiş proseslər və proqram həlləri ilə yeni funksiyanın həyata keçirilməsi mərhələli yanaşma ilə həyata keçirilmiş və daha sonra təlimçilərimiz tərəfindən keçirilən praktiki təlim əməkdaşların yeni sistemə uyğunlaşmasına köməklik göstərilmişdir.



