Pandemiyadan sonrakı iqtisadi böhran tikinti sənayesində bazarın durğunluğuna səbəb oldu. Buna görə də müştəri iqtisadi dirçəliş, xüsusən gəlir və mənfəətin artırılması məqsədilə strateji yollar tapmaq üçün bizə müraciət etdi. Layihə ərzində biz yerli tikinti firmasının məqsədini müəyyənləşdirməli, fəaliyyətini əsas prinsiplərinə uyğunlaşdırmalı və təşkilati və əməliyyat yanaşmasını yeniləməli idik.
Jafar&Company tərəfindən aparılan ilkin qiymətləndirmə təşkilatın hazırki səmərəliliyi və effektivliyi ilə bağlı əhəmiyyətli problemləri ortaya çıxardı. Bu tapıntılara əsaslanaraq təşkilatın strateji baxışına, əməliyyat modelinə və həyata keçirmə planına tələb olunan dəyişikliklərə dair güclü tövsiyələrlə şirkət üçün hərtərəfli təşkilati strategiya hazırladıq. Biz həmçinin cari marketinq funksiyasının və satış kanallarının transformasiyası ilə bağlı məsləhətlər verdik.
Metdadologiyamıza uyğun olaraq təşkilati strategiyanın inkişaf planına proseslərin optimallaşdırılması və monitorinqi, təşkilatın bölmələri və departamentləri arasında əməkdaşlığın gücləndirilməsi və tikinti firmasının ümumi fəaliyyətinin yaxşılaşdırılması üçün resursdan istifadənin optimallaşdırılması tədbirlərini də daxil etdik.



