
Yerli yük və kuryer şirkəti olan Cargo Diem, onun fəaliyyətinin səmərəliliyinə və müştəri məmnuniyyətinə mənfi təsir göstərən müxtəlif əməliyyat problemləri ilə üzləşirdi.

Yerli yük və kuryer şirkəti olan Cargo Diem, onun fəaliyyətinin səmərəliliyinə və müştəri məmnuniyyətinə mənfi təsir göstərən müxtəlif əməliyyat problemləri ilə üzləşirdi.

Möhkəm strateji baxışın olmaması, məhsulun zəif yerləşdirilməsi və səmərəsiz qiymət strategiyaları kimi müəyyən edilmiş problemlər səbəbindən Vakia MMC-nin ticarət potensialı rəqibləri ilə müqayisədə qənaətbəxş deyildi. Bu, şirkətin bazar imkanlarından tam istifadə etmək və rəqabət üstünlüyünü təmin etmək qabiliyyətinə mane olurdu.

Marketinq və reklam şirkəti Art Bakers ilə əməkdaşlığımız şirkət zamanı maliyyə planlaması, proqnozlaşdırma və büdcə tərtibində çətinlik, maliyyə sistemi və proseslərin olmaması, maliyyə qərarlarının zəif qəbulu kimi problemlərlə üzləşirdi.

Solo Group, bir çox topdan və pərakəndə satış şirkətləri kimi, anbar və daxili idarəetmə əməliyyatlarının idarə edilməsində çoxsaylı çətinliklərlə üzləşirdi. İnventar nəzarətindən sifarişin yerinə yetirilməsinə qədər şirkət davamlı olaraq prosesləri sadələşdirmək, xərcləri azaltmaq və səmərəliliyi artırmaq yollarını axtarırdı.

Pandemiyadan sonrakı iqtisadi böhran tikinti sənayesində bazarın durğunluğuna səbəb oldu. Buna görə də müştəri iqtisadi dirçəliş, xüsusən gəlir və mənfəətin artırılması məqsədilə strateji yollar tapmaq üçün bizə müraciət etdi. Layihə ərzində biz yerli tikinti firmasının məqsədini müəyyənləşdirməli, fəaliyyətini əsas prinsiplərinə uyğunlaşdırmalı və təşkilati və əməliyyat yanaşmasını yeniləməli idik.

Jafar&Co zəif korporativ idarəçilik və kommunikasiya, eləcə də təşkilat daxilində oturuşmuş siyasət olmaması cəhətdən çətinlik çəkən Guenolla MMC-nin təşkilati yetkinliyini qiymətləndirmək və zəif tərəfləri inkişaf etdirmək üçün dəvət olundu.

Texnologiyaya əsaslanan ticarət şirkəti bu yaxınlarda Azərbaycanda biznes qurmaq qərarına gəlib. Azərbaycanda e-ticarət biznesinə əhəmiyyətli miqdarda kapital və resurs yatırmazdan əvvəl sahənin müsbət və mənfi tərəflərini müəyyən etmək məqsədilə Viola-A MMC texniki-iqtisadi əsaslandırma araşdırmasının aparılması üçün bizə müraciət etdi.

Təqdim etdiyi məhsullara yeni brend seqmenti əlavə etməklə müştəri bazarını genişləndirməyi planlaşdıran “Dəniz Mebel” MMC-dən bankdan biznes krediti almaq üçün yaxşı hazırlanmış biznes plan tələb olunurdu.

Bençmarkinq tədqiqatlarına əsaslanaraq, effektiv marketinq və reklam strategiyalarına sərmayə qoymaqla, məhsulun diversifikasiyası və innovasiya strategiyası üzrə şirkətə rəhbərlik etdik. Nəticədə Jafar&Company komandasının tövsiyyələri şirkətin əməliyyat xərclərini azaltmaq və səmərəliliyi artırmaq üçün resursdan istifadənin optimallaşdırılmasında xüsusi rol oynadı.

Ölkənin aparıcı çatdırılma və logistika şirkətlərindən biri üçün təşkilati maliyyə funksiyasının layihələndirilməsi layihəsi.